21 baxış
Bu yazını paylaşın
İctimai

BDU-nun rektoru: “Ümummilli Liderin səyləri ilə mətbuatın inkişafına əngəl yaradan bürokratik maneələr aradan qaldırılıb”

04 İyul 2023

“Ümummilli Lider Heydər Əliyevin səyləri ilə Azərbaycanda mətbuatın inkişafına əngəl yaradan bir sıra bürokratik maneələr aradan qaldırılıb”.

Telejurnal  xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ali təhsil müəssisəsinin Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda keçirilən respublika elmi-praktik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ümummilli Liderin birbaşa rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuata ayrıca diqqət yetirilib: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir. Bununla da Əsas Qanunun tələblərinə uyğun olaraq, sözügedən islahatlar ölkədə medianın və jurnalistlərin müstəqil fəaliyyətinə geniş meydan açdı. Azərbaycanda mətbuatın inkişafına əngəl yaradan bir sıra bürokratik maneələr aradan qaldırıldı. 2000-ci ilin martında Ulu Öndərin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Eyni zamanda bir sıra qəzetlərin Azərbaycan Nəşriyyatına olan borcları donduruldu, bir müddət sonra isə tamamilə ləğv edildi. Xronologiyanı izlədikcə Azərbaycan mediasının inkişafına dorğu atılan addımların bu sahədə pillə-pillə irəliləyişə səbəb olduğunu müşahidə etmək mümkündür. Bütün bu proseslərin uğurlu davamı olaraq media sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Medianın İnkişafı Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası kimi mötəbər qurumların fəaliyyəti məhz bu media siyasətinin məntiqi davamı və nəticəsidir”.

Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “BDU-nun dünya şöhrətli məzunu” adlı videoçarx nümayiş olunub.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətinin işıqlandırılması Azərbaycan mediasının əsas mövzusu olmaqla dövlətçilik tarixinin canlı salnaməsini təşkil edib: “Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin regionun lider dövlətinə çevrilməsi, azərbaycançılıq ideologiyasının daha da kütləviləşərək xalqın özünüdərkində mühüm faktora çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsinin təzahürüdür. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Məhz bu dövrdə dövlətimizin idarəçilik mexanizmləri formalaşdırıldı, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etdi”.

Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, Ümummili Lider Heydər Əliyev mətbuatla münasibəti, istər sovet, istərsə də müstəqillik illərində hər zaman yüksək səviyyədə olub: “O, hər zaman mətbuatda dərc olunan bir sıra məsələlər barədə öz fikirlərini səsləndirib. Heydər Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülən zaman həmin tədbirə gəlmiş və geniş nitqlə çıxış etmişdi. Dahi lider jurnalistlərə, mətbuata hər zaman dəyər verib, xoş sözlər deyib”.

Sonda məruzəçilər mövzu ilə bağlı çıxış ediblər və konfrans BDU-nun professor və müəllim həyəti, həmçinin elmi işçilərin moderatorluğu altında bölmə iclası ilə davam edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…