47 baxış
Bu yazını paylaşın
İctimai

BDU-nun 5 illik akkreditasiya şəhadətnaməsi təqdim edilib

31 İyul 2023

Bakı Dövlət Universitetində (BDU) Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüş keçirilib.

TELEJURNAL  xəbər verir ki, görüşdə çıxış edən rektor Elçin Babayev Universitetin əsas vəzifəsinin ölkəmiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaq olduğunu vurğulayıb.

Rektor diqqətə çatdırıb ki, akkreditasiya ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməsinə imkan verir. BDU bu prosesi uğurla həyata keçirib, Agentliyin təklif və tövsiyələrini nəzərə alıb.

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova isə qeyd edib ki, akkreditasiya prosesinin əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulmasıdır.

TKTA-nın İdarə Heyətinin sədri akkreditasiya prosesini uğurla tamamladığına görə BDU rektorunu təbrik edib, Universitetin gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra rektor Elçin Babayevə Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il tarixli qərarı ilə BDU-nun 5 (beş) il müddətində akkreditasiya olunduğu ilə bağlı şəhadətnaməni təqdim edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…