39 baxış
Bu yazını paylaşın
İctimai

BDU-da növbəti tədris ilində yeni ixtisas və ixtisaslaşmalar açılacaq

13 İyun 2023

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində yeni ixtisas və ixtisaslaşmalar açılacaq.

Bu barədə  universitetdən məlumat verilib.

Bildirilib ki, BDU-da əmək bazarının tələbləri nəzərə alınaraq ali təhsilin bütün səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye-biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir.

BDU-nun bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üzrə “Statistika”, “Meliorasiya mühəndisliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları açılacaq.

“Statistika” ixtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat, “Meliorasiya mühəndisliyi” ixtisası Coğrafiya, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası isə İnformasiya və sənəd menecmenti fakültələrində tədris olunacaq.

Magistratura səviyyəsində isə “Tərcümə (ərəb dili üzrə)”, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” və “Gömrük ekspertizası” ixtisaslaşmaları açılacaq.

“Tərcümə (ərəb dili üzrə)” ixtisaslaşması Şərqşünaslıq, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” ixtisaslaşması Coğrafiya, “Gömrük ekspertizası” ixtisaslaşması isə Kimya fakültələrində tədris ediləcək.

Qeyd edək ki, 2023/2024-cü tədris ilindən BDU-nun SABAH qruplarında da 9 yeni ixtisas və ixtisaslaşma açılacaq. SABAH qruplarında bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisas (“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Biotexnologiya”, “Torpaqşünaslıq və aqrokimya”) əlavə edilib.

SABAH qruplarında magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ilindən 6 yeni ixtisaslaşmaya (“Ehtimal nəzəriyyəsi və statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Optimallaşdırma və optimal idarəetmə”, “Nanohissəciklər fizikası”, “Kimyəvi kinetika və kataliz”, “Molekulyar biologiya”) qəbul elan olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…