22 baxış
Bu yazını paylaşın
Siyasi

Bayramov Kuleba görüşdü

21 İyun 2023

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Azərbaycan XİN bildirib ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Ukraynada vəziyyət, və bölgəmizdə post-münaqişə səyləri müzakirə olunub.

C.Bayramov Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində iki ölkənin müxtəlif, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu bildirib. Ukraynanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyən Azərbaycanın Ukrayna ətrafında yaranmış böhran ilə əlaqədar göstərdiyi humanitar yardımları bundan sonra da davam etdirəcəyi bildirilib.

Ceyhun Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, post-münaqişə dövründə Azərbaycanın sülh və quruculuq səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, mövcud çağırışlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Dmitri Kuleba Azərbaycan və Ukrayna arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu istiqamətdə iki ölkənin liderləri arasında intensiv xarakter daşıyan təmasların rolunu vurğulayıb. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım məmnunluqla və minnətdarlıqla qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…