19.10.2024 07:57:43
51 baxış
Bu yazını paylaşın
İctimai

“Bayraktar”ın yaradıcısı “ASAN xidmət”in yeni layihəsində

27 Noyabr 2020

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Baykar Savunma” şirkətinin rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar arasında onlayn formada görüş̧ keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş̧ zamanı Ülvi Mehdiyev və Haluk Bayraktar dekabrın 4-dən 6-dək keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” barədə müzakirə aparıblar.
Xatırladaq ki, ölkəmizdə ilk dəfə və onlayn keçiriləcək Hakatonda müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq. Həmçinin mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq.
Tədbirin əsas məqsədlərindən biri də Qarabağ̆ həqiqətlərini dünyaya çatdırmaqdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…
Back To Top