224 baxış
Bu yazını paylaşın
Dünya

“Baykar” şirkəti Rusiyaya “Bayraktar” dronlarını satmayacaq

26 Avqust 2022

“Baykar Makina” Ukraynanı tamamilə dəstəkləyir və heç bir məbləğ qarşılığında Rusiyaya PUA satmaq niyyətində deyil”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar BBC-nin Rusiya xidmətinə müsahibəsində bildirib.

“Pul bizim üçün prioritet deyil. Bizim biznesdə hədəfimiz pul və maddi resurslar deyil. Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız artıq illərdir ki, davam edir. Bu səbəbdən, bizə nə qədər pul təklif olunsa da, indiki vəziyyətdə Rusiyaya dron satmağımız mümkün deyil. Ukrayna çox ədalətsiz, aqressiv və əsassız hücuma məruz qalıb. Buna görə də heç bir məbləğ bizim Ukrayna ilə əməkdaşlığımıza kölgə sala bilməz və bu məsələdə bizim mövqeyimiz bəllidir”, – o deyib.

Onun sözlərinə görə, “Bayraktar” sistemləri 2018-ci ildən etibarən Ukraynada istifadə edilir. O həmçinin Ukrayna ilə müdafiə sənayesi sahəsində çox vacib layihələrin imzalandığını diqqətə çatdırıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…