49 baxış
Bu yazını paylaşın
Dünya

Bayden neft və qaz yataqlarının axtarışını məhdudlaşdırır

13 Mart 2023

 

“ABŞ prezidenti Co Bayden Şimal Buzlu Okean və Alyaskada neft və qaz yataqlarının işlənməsinə məhdudiyyətlər qoymaq niyyətindədir”.

 

TELEJURNAL  xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən “Associated Press” (AP) məlumat yayıb.

Agentliyin məlumatına görə, qazma işlərinə məhdudiyyət Şimal Buzlu okeanın 1,2 milyon hektar ərazisinə şamil olunacaq. “Eyni zamanda, ABŞ-ın ərazi suları olan okeanın qalan hissəsində yataqların axtarışı qadağan ediləcək. Bundan əlavə, Bayden Alyaska ştatında 5,3 milyon hektar ərazidə yataqların işlənməsini qadağan edəcək”, – AP yazır.

Agentlik vurğulayır ki, elan yerli vaxtla martın 12-də axşam (Bakı vaxtı ilə martın 13-də səhər) verilə bilər. Eyni zamanda “The New York Times” qeyd edir ki, məhdudiyyət yerli vaxtla martın 13-də elan olunacaq.

Bloomberg martın 10-da mənbələrə istinadən xəbər verir ki, Baydenin baş məsləhətçiləri ABŞ-ın enerji korporasiyası “ConocoPhillips”ə Alyaskanın şimal-qərb ərazilərində neft quyuları qazmağa icazə verən layihəni təsdiqləyiblər. Plana əsasən, korporasiyaya Söyüd yatağında üç yerdə qazmağa icazə veriləcək.

Belə bir qərar 30 il ərzində təqribən 600 milyon barel neft hasil etməyə imkan verəcək, lakin 280 milyon tona yaxın karbon qazının buraxılmasına gətirib çıxaracaq ki, bu da Avropa İttifaqının əsas bəndlərindən biri olan təmiz enerjiyə keçid siyasətinə ziddir. Layihə Alyaskada qazma işlərinin iqlim fəlakəti olacağını iddia edən ətraf mühit fəalları tərəfindən Baydenin seçki proqramının geniş tənqidinə səbəb ola bilər. Qərar bu həftə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən açıqlanmalıdır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…