29 baxış
Bu yazını paylaşın
Siyasi

Bayden Konqresdən Tayvanın silahla təchiz olunması üçün maliyyə ayrılmasını istəyəcək

02 Avqust 2023

ABŞ Prezidenti Cozef Bayden Konqresdən Tayvanın silahla təchiz olunması üçün maliyyə ayrılmasını istəyəcək.

TELEJURNAL   “Financial Times”a istinadən xəbər verir ki, Ağ ev bu addımı Çindən gələn təhlükənin artması fonunda ölkəyə silah tədarükünü sürətləndirmək üçün atır.

C.Baydenin bu təşəbbüsü Ukrayna üçün əlavə büdcə tələbinin bir hissəsi olaraq nəzərdə tutulur.

Konqres bu təşəbbüsü qəbul edərsə, o zaman Tayvan ilk dəfə olaraq “xarici hərbi maliyyələşdirmə” kimi tanınan ABŞ vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən sistem vasitəsilə silah alacaq.

Təklifin bu ay Konqresə təqdim edilməsi gözlənilir. Ancaq Ağ evin Tayvanın silahla təchiz olunması üçün nə qədər pul istəyəcəyi açıqlamayıb. Ümumiyyətlə, məsələnin təfərrüatları gizli saxlanılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…