30 baxış
Bu yazını paylaşın
Dünya

Baxmutdakı son duruma aydınlıq gətirilib

21 May 2023

Ukrayna hərbçiləri mövqelərini qorumağa və işğalçıları hücumlarını dəf etməyə davam edirlər.

 

“Telejurnal” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Vostok” qruplaşmasının sözçüsü Sergiy Çerevatı “Suspilne” telekanalına açıqlayıb.

 

“Vəziyyət ağırdır. Hərbçilərimiz şəhərin cənub-qərb hissəsində istehkam və bir neçə tikili saxlayırlar. Ağır döyüşlər gedir”, – o deyib.

 

Eyni zamanda, Çerevatı əlavə edib ki, işğalçılar Baxmuta simvolik önəm verirlər, lakin şəhərin ələ keçirilməsi ilə bağlı bəyanatlar verməyə tələsiblər. Onun sözlərinə görə, USQ cinahlarda düşmənə təzyiq göstərməkdə davam edir:

 

“Rusiya bu Baxmuta elə diqqət çəkir ki, elə bil Dnepri alıblar. Əslində, axıra qədər almayıblar. Şəhər dağıdılıb, bu onlara heç bir hərbi, hətta siyasi yarar da gətirmir”.

 

Xatırladaq ki, mətbuatda Ukrayna Prezidenti Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini etiraf etməsinə dair məlumatlar yayılsa da, Ukrayna Prezident Ofisi məsələyə aydınlıq gətirərək bu məlumatları təkzib edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…