75 baxış
Bu yazını paylaşın
Uncategorized

“Bavariya” növbəti qələbəsini qazanıb, “İnter” isə heç-heçə edib

28 Oktyabr 2020

Bavariya növbəti qələbəsini qazanıb, İnter isə heç-heçə edib

UEFA Çempionlar Liqasında II tura start verilib.

“Report”un məlumatına görə, açılış oyunları Ukrayna və Rusiyada keçirilib.

Kiyevdəki “Olimpiyski” stadionunda “Şaxtyor” və İtaliyanın “İnter” komandaları üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0. Bu nəticədən sonra xalını 4-ə çatdıran Ukrayna təmsilçisi B qrupunda liderliyini davam etdirib. “İnter” isə 2 xalla 2-ci pilləyə yüksəlib.

A qrupunda isə “Lokomotiv” Moskvada Çempionlar Liqasının son qalibi Almaniya “Bavariya”sı ilə qarşılaşıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 14-cü dəqiqədə Leon Qoretska açıb. 70-ci dəqiqədə Anton Mirançuk meydan sahiblərinin bərabərlik qolunu vursa da, 79-cu dəqiqədə Coşua Kimmix “Bavariya”nın qələbə topunu vurub. Bununla da Münhen təmsilçisi xalını 6-ya yüksəldərək, liderliyini inamla davam etdirib. “Lokomotiv” isə hələlik 1 xalla 2-ci yerdə gedir.

Qeyd edək ki, günün daha 6 görüşü gecəyarısı başlayacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…