47 baxış
Bu yazını paylaşın
Siyasi

Bauer: “Qızıl Xaç Komitəsi mina partlamasından əziyyət çəkənlərə yardım göstərir”

01 Aprel 2022

“Ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifədir. Qızıl Xaç Komitəsi, həmçinin mina partlamasından əziyyət çəkmiş şəxslərə yardım prosesinə cəlb edilib. Buraya əsasən fiziki reabilitasiya daxildir”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bu fikirləri Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəsi Arian Bauer “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, mina partlamasından əziyyət çəkmiş şəxslərə tibbi yardımdan savayı psixoloji yardım da göstərilir.

“Qızıl Xaç Komitəsi mina qurbanlarına maliyyə yardımı göstərməklə bu məsələdə böyük dəstək göstərir. Biz həmçinin mina təhlükəsi barədə maarifləndirmə işində ANAMA-nın fəaliyyətini dəstəkləyirik. Azərbaycan institutları yaxşı və çox qiymətli iş görür”, – A.Bauer bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…