42 baxış
Bu yazını paylaşın
Dünya

Baş Qərargah: “Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb”

19 İyul 2023

“Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb. Eyni zamanda Baxmut istiqamətində hücum davam edir”.

Telejurnal  xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Andrey Kovalyov bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri Baxmut, Melitopol və Berdaynsk istiqamətində hücum əməliyyatlarını davam etdirirlər:

“Həmçinin, Ukrayna qoşunları Bolşaya Novoselka – Staromayorskoe və Novoselka – Staromayorskoe ərazilərində uğur qazanıblar. Onlar azad edilmiş bölgələrdə mövqelərini möhkəmləndiriblər. Müəyyən edilmiş düşmən hədəflərinə artilleriya zərbələri endirir və əks-hücum döyüş tədbirləri həyata keçirirlər”.

A.Kovalyov vurğulayıb ki, Ukrayna qoşunları Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir: “Döyüş əməliyyatları zamanı Rusiya işğalçıları Orexovo-Vasilovkanın şimal-şərqindəki mövqelərindən geri çəkilməyə məcbur oldular”.

Onun sözlərinə görə, Ukrayna əsgərləri qismən uğur qazanır, əldə olunan xətlərdə möhkəmlənirlər: “Düşmən güclü müqavimət göstərir, ehtiyatlardan fəal istifadə edir və böyük itkilər verir. Şiddətli döyüşlər davam edir”.

Məlumata görə, bu gün səhər saatlarında Rusiya kamikadze dronlarla Jitomir vilayətinə hücum edib. İlkin məlumata görə, hücum nəticəsində infrastruktur obyektinə, şəxsi təsərrüfatlara ziyan dəyib.

Zərərçəkənlərin olması barədə hələlik informasiya yoxdur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…