26 baxış
Bu yazını paylaşın
Siyasi

Baş Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans keçirilib

02 İyun 2023

İyunun 2-də Baş Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans keçirilib.

Bu barədə “Telejurnal” a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Dövlət, Naxçıvan Dövlət, eləcə də ADA universitetlərinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına, Daxili İşlər Nazirliyinin Polis, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin Ədliyyə akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələrin, habelə professor-müəllim heyətinin iştirak etdiyi konfransda tanınmış ziyalılar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları və gənc prokurorluq işçiləri iştirak edib.

Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, daha sonra isə Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda çıxış edən Baş Prokurorluğun idarə rəisi Elnur Musayev iştirakçıların diqqətinə tədbirin məqsəd və vəzifələrini çatdırıb.

Xalq yazıçısı Çingiz Abdullayevin çıxışı gənc hüquqşünaslarda böyük maraqla qarşılanıb.

Konfransda Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev və Cinayət Prosesi kafedrasının müdiri Firuzə Abbasova, DİA-nın kafedra müdiri İsaxan Vəliyev, MAA-nın İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımovun çıxış və təqdimatları dinlənilib.

Konfrans zamanı mövzu ətrafında prokurorluğun veteranları, ixtisaslaşmış ali təhsil ocaqların nümayəndələri və tələbələr də maraqlı çıxışlar edib.

Tədbir zamanı Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət…3 ştrixdə” adlı sənədli film seyr edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…