37 baxış
Bu yazını paylaşın
Siyasi

Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə beynəlxalq ictimaiyyətə müraciət edib

21 İyul 2023

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın ekoloji cinayətləri ilə bağlı beynəlxalq və xarici tərəfdaşlara əməkdaşlıq barədə müraciət edib.

Qurumun Mətbuat Xidmətindən   daxil olan müraciətdə deyilir:

“Azərbaycanın Baş Prokurorluğunda Araz çayı və onun sol qolu olan Oxçuçayın Ermənistan ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair müxtəlif mənbələrdən daxil olub, o cümlədən yerli və xarici mediada dərc olunan məlumatlar üzrə araşdırma davam etdirilir.

Müəyyən edilib ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Çirklənmə nəticəsində Oxçuçaya tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium və digər ağır metallar olan zəhərli tullantılar axıdılır. Mövcud istehsalatda problemlərin həll olunmamasına baxmayaraq, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşası aparılır. Bu işdə həmçinin aparıcı dünya dövlətlərindən olan xarici investorlar beynəlxalq və öz ölkələrinin daxili qanunvericiliyinin tələblərinə zidd olaraq heç bir ətraf mühitin mühafizəsi normalarına riayət olunmasını təmin etmirlər. Dağ-mədən obyektlərinin fəaliyyət göstərməsi və yenilərinin tikilməsi minlərlə insanın həyat və sağlamlığı üçün təhlükə törədir.

Odur ki, Azərbaycanın Baş prokuroru tərəfindən BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının tələbləri rəhbər tutularaq obyektiv araşdırma aparılması, eləcə də qanun pozuntuları, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə müvafiq xarici və beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin İqtisadi Komissiyasına, həmçinin Böyük Britaniyanın və Almaniyanın Ekologiya Nazirliklərinə müraciət edilib.

Müvafiq araşdırmalar zamanı dağ-mədən obyektlərinin işinin düzgün təşkil olunması, bu zaman ətraf mühitin mühafizəsi tələblərinə dönmədən riayət olunması şərt kimi göstərilərək müəssisələrin fəaliyyəti nəticəsində ətraf mühitə dəymiş ziyanın müəyyən edilməsində əməkdaşlıq təklif edilib.

Azərbaycanın Baş Prokurorluğu tərəfindən bəyan edilir ki, yol verilən qanun pozuntuları ilə bağlı bütün hallar obyektiv araşdırılmaqla milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlər görüləcəkdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…