34 baxış
Bu yazını paylaşın
İctimai

Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

02 Avqust 2022

Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq orqanları nümayəndələrinin iştirakı ilə “Yealink” onlayn platforması vasitəsi ilə videokonfrans keçirilib.

TELEJURNAL xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videokonfrans Rusiya Federasiyası Baş Prokurorluğunin təşkilatçılığı ilə reallaşıb. Prokurorların peşə hazırlığı və ixtisaslarının artırılması üzrə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilmiş videokonfransa Rusiya Federasiyası Prokurorluğu Universitetinin prorektoru, fəxri işçi Tofiq Aşurbəyov sədrik edib.

Tədbirin əsas məqsədi prokurorların peşə hazırlığının həyata keçirilməsi ilə bağlı tədris müəssisələrinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi, o cümlədən insan alverinə qarşı mübarizə sahəsində müsbət təcrübənin müzakirəsi olub.

Sözügedən tədbirdə Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin prokurorları Nigar Əskərova və Rauf Abdullayev təmsil ediblər.

Videokonfrans zamanı təmsilçimiz tərəfindən Azərbaycan Respublikasında insan alveri ilə mübarizə sahəsində mövcud olan qanunvericilik və bu sahədə prokurorluqda keçirilən təlim tədbirləri barəsində dinləyicilərə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin Türkiyə, Çin, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan və Monqolustan nümayəndələri də iştirak ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…