53 baxış
Bu yazını paylaşın
İctimai

Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

16 İyun 2022

16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İyunun 13-15-də Moskva şəhərində “Rusiya Federasiyasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında 2021-2023-cü illər üzrə Əməkdaşlıq Proqramı”nın 2-ci bəndinin icrası ilə əlaqədar “Prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərə, habelə İnternetdə qadağan olunmuş məlumatların, o cümlədən ekstremist və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə” adlı seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, seminarda Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Ramil Ədilov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Elvar Həsənovdan ibarət nümayəndə heyəti iştirak ediblər.

Seminar zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlər, qadağan olunmuş, ekstremist və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib. Bunlarla yanaşı təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…