27 baxış
Bu yazını paylaşın
İctimai

Baş prokuror: “Reket jurnalistika”ya qarşı tədbirlər planı hazırlanmalıdır”

28 İyul 2022

“Reket jurnalistikası” cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Real TV”yə müsahibəsində deyib.

“Bu gün bəzən bizim sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Onlar hüquqi məsələlərlə bağlı asanlıqla bəzi mürəkkəb rəy verirlər və qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Sadə göründüyü qədər də mürəkkəb elmdir. Ona görə də müstəntiqlər, prokurorlar və hakimlər tərəfindən hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi həyata keçirilir. İşi bilmədən, işin incəliklərini bilmədən, sübutları bilmədən, hətta bayaq qeyd etdiyimiz kimi, məsəıən, “Tərtər işi” ilə bağlı fikirlərin yürüdülməsi təbii ki, yolberilməzdir. Hesab edirəm ki, biz bu sahədə jurnalistlər və media orqanları ilə birlikdə müəyyən tədbirlər planı hazırlayaraq həyata keçirməliyik” .

“Əslində, “reket jurnalistika” deyəndə hesab etmirəm ki, bu, yalnız jurnalistikaya aiddir. “Reket jurnalistika” da şərti termindir. Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin özfəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, tək jurnalistikada deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik və bu kimi faktlarları aşkarlayıb şəxsləri məsuliyyətə cəlb edirik”, – Baş prokuror vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…