33 baxış
Bu yazını paylaşın
İctimai

Baş prokuror İranın səfiri ilə görüşüb

14 İyun 2022

“Report”-a istinadən xəbər verir ki,İyunun 14-də Baş prokuror Kamran Əliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüş keçirib.

Baş Prokurorluqdan verilən məlumata görə, Kamran Əliyev ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatlar, müasir normativ-hüquqi bazanın yaradılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Həmçinin qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bugün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi ikitərəfli münasibətlərə toxunaraq Azərbaycanla əlaqələrin əhəmiyyətini və iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib.

Səfir ölkələrimizin hüquq mühafizə orqanları arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş zamanı tərəflər arasında cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması, habelə mövcud münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə ikitərəfli səfərlərin təşkil edilməsi ətrafında səmərəli müzakirələr keçirilib Cinayətkarlıqla mübarizə sahəsində Azərbaycan və İran hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikirmübadiləsi aparılıb.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…