49 baxış
Bu yazını paylaşın
Siyasi

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentini iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib

14 Yanvar 2022

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir məktubunda bildirib: “Müstəqillik tariximizdə diplomatik əlaqələr yaratdığımız ilk dövlət olan Türkiyə ilə Azərbaycanı dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən irəli gələn sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir.

Bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz ötən dövrdə böyük inkişaf yolu keçərək, xüsusilə də son illər ərzində dövlət başçılarımızın qətiyyətli səyləri ilə dayanıqlı strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatıb”.

Məktubda vurğulanıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı bütün dünya buna bir daha əmin oldu. Zəfər yürüşünün ilk günlərindən Azərbaycana göstərilən siyasi-mənəvi dəstəyə görə qardaş Türkiyə tərəfinə minnətdarlıq bildirilib, Azərbaycanın da öz növbəsində bütün məsələlərdə daim Türkiyənin yanında olduğu vurğulanıb.

2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə müttəfiqlik, dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…