25 baxış
Bu yazını paylaşın
Siyasi

Baş nazir Əli Əsədov Soçidə kubalı həmkarı ilə görüşüb

08 İyun 2023

Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb.

”Telejurnal.az”xəbər verir ki, görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb.

Azərbaycanın və Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub.

Hökumət başçıları iki ölkə arasında iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…