40 baxış
Bu yazını paylaşın
Siyasi

Baş nazir Əli Əsədov Ərəb Dövlətləri Liqasının Baş katibi ilə görüşüb

17 İyun 2022

Bakı, 17 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

zərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbu Əl-Ğeytlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində keçirilən müzakirələrin və fikir mübadiləsinin qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

Dünyada yeni çağırışlar, o cümlədən hazırkı beynəlxalq geosiyasi vəziyyət, qlobal təhlükəsizlik məsələləri, qida böhranı riskləri, enerji çatışmazlığı problemi, pandemiya ilə mübarizə və bir çox digər məsələlər müzakirə edilib.

Qırx dörd günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda regional təhlükəsizliklə bağlı fikirlərini bölüşən Baş nazir Azərbaycanın Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsinə çevrilməsi üçün səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

Regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası gələcək üçün böyük perspektivlər vəd etdiyi və bu baxımdan Zəngəzur dəhlizinin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq, bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Görüşdə, həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…