237 baxış
Bu yazını paylaşın
İqtisadi

Baş nazir Əli Əsədov: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir

03 Dekabr 2021

İnfrastrukturun genişləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, enerji, su və digər xidmət sahələrində keyfiyyətin yüksəldilməsi, yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük həcmli kompleks layihələr həyata keçirilir.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov parlamentin dekabrın 3-də keçirilən iclasında söyləyib.

Baş nazir qeyd edib ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər hansı region yoxdur. Halbuki, bir müddət əvvəl qaz təchizatı olmayan rayon və şəhərlərin sayı kifayət qədər çox idi. Rayonlar üzrə hər hansı ayrı-seçkiliyə yol verilmədən ölkə ərazisində qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir. Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir.

Əli Əsədov, həmçinin qeyd edib: “Ümumiyyətlə, ölkə üzrə 2 milyon 400 mindən çox abonent mövcuddur ki, onların 95,5 faizi əhalidir”.

https://azertag.az/xeber/Bas_nazir_Ali_Asedov_Azerbaycanda_qazlasdirmanin_seviyyesi_9619_faiz_teskil_edir-1941984

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…