40 baxış
Bu yazını paylaşın
İqtisadi

Baş nazir: “Böyük Qayıdışın təmin edilməsinə 19,2 milyard manat yönəldiləcək”

09 Dekabr 2022

“Böyük Qayıdışın təmin edilməsinə 19,2 milyard manat yönəldiləcək”.

TELEJURNAL xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında deyib.

“Fəxr edirik ki, iki il bundan əvvəl əzəli torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilib. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra qlobal iqtisadi prosesləri nəzərə alaraq 2021-ci ildə imzaladığı sərəncamı ilə 2030-cu ilə qədərki sosial inkişafla bağlı milli prioritetləri təsdiq edib. Bu, qarşıdakı illərdə ölkə iqtisadiyyatının davamlı olmasını təmin edir”, – Baş nazir əlavə edib.

O vurğulayıb ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış bizim üçün böyük rəmzi məna daşıyır:

“Artıq azad edilən ərazilərdə qayıdışın birinci dövlət proqramı təsdiq edilib. İlkin hesablamala görə inkişaf strategiyasının icrası məqsədilə 32,7 milyard manat vəsait tələb olunur ki, bunun da 19,2 milyard manatı işğaldan azad edilən ərazilərə Böyük qayıdışın təmin edilməsinə yönəldiləcək”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…