148 baxış
Bu yazını paylaşın
Siyasi

Baş nazir: 2021-ci ildə Azərbaycanda sosial-iqtisadi inkişaf tempi davam edib

15 Mart 2022

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində 2021-ci ildə Azərbaycanda sosial-iqtisadi inkişaf tempi davam edib. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məqsədilə Prezident “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı Sərəncam imzalayıb. Hökumət tərəfindən strategiya artıq təsdiq üçün təqdim olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.
Baş nazir bildirib ki, Azərbaycanda makroiqtisadi tarazlığın qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Pandemiyaya baxmayaraq, həyata keçirilən çevik tədbirlər, vaksinasiya nəticəsində məhdudiyyətlərin aradan qaldırılması iqtisadi fəallığın bərpa olunmasına imkan verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…