221 baxış
Bu yazını paylaşın
İctimai

Barış Şimşek portuqaliyalı referi ilə bağlı “Qarabağ”a xəbərdarlıq edib

23 Avqust 2022

“Qarabağ” bura kimi çox yaxşı gəlib”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində “Qarabağ”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda qeydə alınmış qolsuz heç-heçə yaxşı nəticədir: “Yeni qaydalara görə, səfər qolu ləğv olunub. Azərbaycan çempionunun şansının yüksək olduğunu düşünürəm”.

Şimşek cavab görüşünün baş hakimi Artur Diaşla şəxsi tanışlığının olduğunu söyləyib. Onun sözlərinə görə, portuqaliyalı referi təcrübəli olduğu qədər, həm də aqressivdir: “Ümumiyyətlə, İspaniya və Portuqaliyadan olan hakimlər çox asanlıqla sarı vərəqə göstərir. “Qarabağ” bu mənada diqqətli olmalıdır. Düzdür, oynamağa imkan yaradır, amma sərt oyuna və etiraza dərhal reaksiya verir. İstənilən halda, “Qarabağ” hakimliklə bağlı ürəyini buz kimi saxlamalıdır”.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…