55 baxış
Bu yazını paylaşın
Maraqlı

“Barbi” filmi açılış həftəsonunda rekord gəlir əldə edib

24 İyul 2023

İyulun 21-də premyerası olan “Barbi” filmi həftəsonu ABŞ-də 155 milyon dollar gəlir əldə edib,

Telejurnal   “Variety “istinadən xəbər verir ki, bu barədə “Warner Bros” kinostudiyasının daxili distribusiya şöbəsinin rəhbəri Ceff Qoldşteyn bildirib.

“Biz ilk həftəsonu 75 milyon dollar qazanacağımızı düşünürdük. Heç kim 155 milyon dollar gözləmirdi”, – o qeyd edib.

Beləliklə, “Barbi” filmi apreldə ilk həftəsonunda,  ” Bloomberg”məlumatına görə, 146,4 milyon dollar qazanmış “Super Mario Qardaşları Filmi” lentini geridə qoyaraq ilin ən çox gəlir gətirən debütü olub.

Rejissor Qreta Gerviqin çəkdiyi “Barbi” iyulun 21-də bütün dünyada nümayiş etdirilib. Filmdə Margo Robbi, Rayan Qoslinq, Helen Mirren və Dua Lipa rol alıb. Filmin süjetinə görə, baş qəhrəman mükəmməlsizliyinə və gözəllik qanunlarına uyğun gəlmədiyinə görə Barbilenddən qovulacaq, bundan sonra Barbi adi insanların dünyasında yaşamağı öyrənməli olacaq.

Rejissor Kristofer Nolanın çəkdiyi və “nüvə bombasının atası” adlandırılan amerikalı fizik Robert Oppenhaymerin həyatından bəhs edən “Oppenhaymer” həftəsonu ən çox gəlir əldə edən ikinci film olub. Bu film 80,5 milyon dollar gəlir əldə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…