363 baxış
Bu yazını paylaşın
İqtisadi

Banklar azad olunmuş ərazilərdə xidmət göstərəcək

08 Dekabr 2021

Ərazilərimiz azad edilən gündən bank sektorunda bu ərazilərdə maliyyə-bank infrastrukturunun bərpası üzrə müzakirələr başlanıb və konkret tədbirlər planı hazırlanıb. Eyni zamanda, bu məsələləri Mərkəzi Bank ilə birlikdə sinxron şəkildə müzakirə edirik.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib.

“Burada bütövlükdə yeni innovativ ödəniş sistemləri və ödəniş instrumentləri üzərindən maliyyə-bank sektorunun xidmətlərinin təşkilini təmin edəcəyik. Yaxın günlərdə Qarabağ Dirçəliş Fondu və Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ilə birlikdə azad olunmuş ərazilərdə müvafiq konfrans və görüşlərin keçirilməsini planlaşdırırıq. Bu görüş çərçivəsində bank-maliyyə xidmətlərinin təqdim edilməsini, azad olunmuş ərazilərə yeni investisiyaların cəlbi, bu ərazilərdə fəaliyyət göstərən və göstərəcək fiziki şəxslər üçün zəruri olan investisiyaların, bank xidmətlərinin, bank kreditlərinin və digər xidmətlərin göstərilməsini geniş müzakirə edəcəyik. Müzakirələr nəticəsində qəbul etdiyimiz qərarları ictimaiyyətə açıqlayacağıq”, – deyə Z.Nuriyev qeyd edib.

https://azertag.az/xeber/Banklar_azad_olunmus_erazilerde_xidmet_gosterecek-1945872

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…