342 baxış
Bu yazını paylaşın
İqtisadi

“Bank Standart” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

10 Yanvar 2022

Yanvarın 26-sı saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Bank Standart” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən bildirir ki, daşınmaz əmlak Gəncə şəhəri, Nizami rayonu, M.Abbas Abbaszadə küçəsindəki 1 mərtəbəli, 4 otaqlı, 70,2 kvadratmetr yaşayış və 27,1 kvadratmetr köməkçi sahədən (ümumi sahəsi 0,0427 hektar) ibarətdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 150 min manatdır.
Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Əbdülvahab Salamzadə küçəsi 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…