153 baxış
Bu yazını paylaşın
Maraqlı

“Balanslaşdırılmış qidalanmanı necə təmin edə bilərik və orqanizmin ehtiyyaclarını necə ödəyə bilərik?” -Məhsəti Hüseynova

10 İyul 2023

Yayda isti havalarda orqanizmin suya ehtiyacı artır. Ümumiyyətlə, hər bir insan orqanizmi mütləq şəkildə günlük orqanizmin maye balansını təmin edəcək qədər su içməlidir ki, bu mayeyə yalnız təmiz su aid olunur və birdə gün ərzində qəbul etdiyi tərəvəzlərin, meyvələrin tərkibindəki mayedir , bu da bilirik ki, tərəvəzlərin 80-90%i və bəzi meyvələrin də eynilə 70%dən yuxarısı mayedən ibarətdir.

Telejurnal.az Məhsəti Hüseynovadan mövzu ilə bağlı açıqlama alıb:
Bir insan orqanizmi üçün standart su hər kloqram bədən çəkisinə görə 30 milli hesablanır ki, insanlar bu miqdarı yayda tempratur yüksəldikdə, tərləməyə daha çox məruz qaldıqda və fiziki aktivliklə məşğul olduqları zaman bir- iki fincan şəklində artıra bilər. Digər bir məqam yayda daha sağlam seçim kimi hansı içkiləri seçmək vacibdir: dediyimiz kimi ən yaxşısı sudur. Digər məqamlarda isə sərinləşdirilmiş ev üsulunda hazırlanmış qatığdan olan ayranlar, bitki dəmləmələri, nanə dəmləməsi və ona əlavə olunan bal, limon az miqdar da zəncəfil belə orqanizmin maye balansını təmin edir. Həmçinin təbii sağlam içki hesab olunur ki, bu da həm ürəyi qüvvətləndirir, həm də maddələr mübadiləsinidə sürətləndirir,çünki yay aylarında insan orqanizmində maddələr mübadiləsinin sürəti aşağı düşdüyündən qəbul etdiyi qidaları həzm edə bilmir və həzm olmayan qidalar da orqanizmə ağırlıq verir. Müəyyən bir vaxtdan sonra vitamin mineral çatışmamazlığına gətirib çıxarır. Eyni zamanda bağırsaqların hərəkətliliyi ləngiyir ki, bu da qəbizliyə və artıq çəkiyə, bədəndə şişkinliyə səbəb olur. Mütləq bu kimi içkilərdən istifadə etmək lazımdır. Həmçinin tez həzm olan yüngül qidalardan istifadə etmek lazımdır ki, belə olan halda həm orqanizmdə həzm sistemi normallaşır, həm də iştah normallaşır və yayda tempratur yuxarı olduğundan, günlər uzandığından insanlar düzgün yuxu rejminədə əməl etmirlər. Bəzən həddindən artıq gec yatırlar və gec oyanırlar ki, buda iştaha təsir edən əsas amillərdən biridir. Yaxşı olar ki, yuxu rejminin pozulmamasına diqqət etsinlər. Gecə 11dən sonra mütləq yatsınlar. Belə olmayan halda hormonal balans pozulur və qidalanma rejminədə təsir edir.
Balanslaşdırılmış qidalanmanı necə təmin edə bilərik və orqanizmin ehtiyyaclarını necə ödəyə bilərik?
İnsan orqanizminin sağlam və enerjili olması, gündəlik öz həyat funksiyalarını yerinə yetirə bilməsi üçün 40 dan 70ə qədər makro və mikro elementler lazımdır ki, məhz bunu qidalar vasitəsi ilə alır. Bunuda təmin etmek üçün mütləq qidalarımıza müxtəlif çeşitli diqqət etməliyik və eyni zamanda sağlam mənşəyi bəlli olan qidalardan istifadə etmeliyik ki, həmin makro və mikro elemetleri alaq. Makro elementlər dediyimiz karbonhidartlar, yağlar, zülallar başa düşülür. Mütləq şəkildə günlük karbonhidrat ehtiyyacımızı almalıyıq ki, enerjili olaq. Zülal ehtiyyacımızı almalıyıq ki, əzələ itkisi olmasın. Eyni zamanda daxili orqanlarımız və bir çox orqanlarımız zülaldan ibarət olduğu üçün zülal tərkibli qidalar da orqanizmin bir mənalı şəkildə vaz keçilməzi hesab olur. Yağda ən önəmli makro elementlərdəndir ki, bunuda orqanizmimiz həm təbii mənşəli heyvan, həm də bitki mənşəli yağlardan ala bilər. Bu kimi qidalardan qəbul etdik də bunlarla yanaşı meyvələri, tərəvəzləri qəbul etmek lazımdır ki, bunlarda bizim vitamin və mineral balansımızı təmin edir. Gün ərzində çərəzlər də mütləq rasyonumuzda olmalıdır, çünki çərəzlərdə çox vacib elementlərlə zəngin olan qidalar hesab olunur. Bunları qəbul etməklə biz orqanizmimizin bütün makro və mikro elementlər ehtiyyacını ödiyə bilərik. Yayda istehlak edilən dondurma, süd məhsullarında da yüksək miqdarda şəkər, kalori var. Onların daha sağlam olması üçün nə edə bilərik? Dondurma, ümumiyyətlə, süddən, qaymaqdan, yağdan hazırlanıbsa, çox keyfiyyətli bir qidadır. Eyni zamanda onun tərkibindəki bu qida məhsulları bir mənalı şəkildə insanın xoşbəxtlik hormonunu artırır və serotonim hormonunu qaldırır. Orqanizmə enerji verən bir qida hesab olunur, lakin dondurmanı yaxşı olar ki, yeməkdən dərhal sonra qəbul etməyək. Çünki tərkibindəki saydığımız elementlər, qida məhsulları orqanizmi, enerji ehtiyyacını ödüyür. Təbii ki, bir çox dondurmalar var ki, satışda olan paketlənmiş dondurmalardır ki, bunların əksəriyyətində saydığımız keyfiyyətli məhsullardan istifadə olunmayıb. Əgər özümüz dondurma hazırlayırıqsa, bu zaman təbii süddən, qaymaqdan, yağdan və mövsimi meyvələrdən istifadə edərək dondurma hazırlaya bilərik. Yaxşı olar ki, süd məhsulu tez xarab olan məhsul olduğu üçün bunlar bir dəfəlik istifadə edilsin. Bu keyfiyyətli sayılır və tərkibindəki şəkər də gün ərzində orqanizmin şəkər miqdarını keçməmək şərti ilə qəbul olunsa, daha faydalıdır,çünki gün ərzində insan orqanizmi (qadınlar 20 qram kişilər isə 35 qram) şəkər qəbul etmelidir ki, həm enerjili olsun, həm göz görməsi yaxşı olsun, həm də mərkəzi sinir sistemi gözəl çalışsın. Əgər günlük şəkəri başqa qidalardan, meyvələrdən alıbsa, bu zaman dondurmada qəbul olunan şəkər onun orqanizmi üçün artıq şəkər ola bilər ki, bu zaman zərər verə bilər. Bəs idmandan əvvəl və sonra hansı qidaları istehlak etmek vacibdir? Ümumiyyətlə yaxşı olar ki, idmandan əvvəl və sonra dərhal qida qəbulu olmasın, əgər idmana başlayacayiqsa, ən azı 40-50 dəqiqə və ya 1 saat əvvəldən yemek qəbul olunsun. İdmandan dərhal sonra da qəbul olmasın. Yenə 1 saat fasilə verməklə qəbul etmek lazımdır. Bu da günün saatına görədə çox önəmlidir ki, hansı qidaları qəbul etmek daha sağlam hesab olunur. Yaxşı olar ki, daha çox zülal mənşəli qidalar qəbul olunsun. zülal tərkibli yumurta, ət, balığ və istənilən qəbul etdiyimiz quş ətləridir ki, bunlardan istifadə etsələr daha yaxşı olar. Həddən artıq yağda qovrulmuş, qızardılmış yeməklər yay ayları ərzində zərərli qidalar kimi hesab olunur, çünki dediyimiz kimi maddələr mübadiləsi zəiflədiyindən ağır yeməkləri çətin həzm edirlər və çətin həzm olunan qida da insan orqanizminə zərər verir. Yay aylarında daha çox az kalorili və yüngül yeməklərə üstünlük vermek lazımdır. Yeməklərin təzə bişirilmiş olmasına diqqət etsinlər, çünki yay aylarında tempratur yüksək olduğu üçün istənilən bişirilən yemək otaq temeperaturunda 1 saatdan artıq qalsa belə onun tərkibində kimyəvi, fiziki, bioloji, mikro-bioloji çirklənmələr baş verir ki, buda həmin qidanı qəbul etdik də qida zəhərlənməsinə səbəb olur. Xüsusilə də, yay aylarında əsas zəhərlənmə səbəblərindən biri də göbələkdir. Göbələkləri bilmədikləri yerdən və yaxud da açıq havada meşədən məlumatlı olsalar belə toplanmaq tövsiyyə olunmur. Göbələklərin içində zəhərli və zəhərli olmayan göbələklər var. Eyni zamanda da, yeyilə bilən göbələklərə bənzəyən zəhərli göbələklər var ki, onlarda insan üçün təhlükəlidir. Digər bir məqam isə meyvə tərəvəzlərin hər hansısa bir kimyəvi maddələrindən zəhərlənmələr baş verir ki, bu da bir çox hallarda meyvə tərəvəzin yuyulmadan qəbul olunmasındandır ki, bunada diqqət etmek lazımdır.

 

Eyyubova Nərminə 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…