30 baxış
Bu yazını paylaşın
İctimai

Balakəndə heyvandarlıq məhsulları istehsalı artıb

07 Aprel 2022

 

Balakən rayonunun heyvandarları 2022-ci ilin birinci rübünü uğurlu göstəricilərlə başa vurublar. Bu ilin yanvar-mart aylarında rayonun fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında, həmçinin kənd təsərrüfatı müəssisələrində 1263,6 ton diri çəkidə ət, 5 min 569,3 ton süd, 2 milyon 721 min ədəd yumurta istehsal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda ət istehsalı 30,3 ton, süd istehsalı 42,5 ton, yumurta istehsalı isə 17 min ədəd artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, istehsal olunan diri çəkidə ətin 1259,9 tonu, südün isə 5 min 536,6 tonu fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində isə üç ayda 10,7 ton ət, 32,7 ton süd istehsal olunub.

Heyvandarlıq məhsulları istehsalının artmasında cins maldarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər xüsusi rol oynayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…