330 baxış
Bu yazını paylaşın
İctimai

Bakının 2 rayonunda suyun verilməsində məhdudiyyət yaranacaq

27 Avqust 2022

Avqustun 27-28-də Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

 

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

 

Bildirilir ki, məhdudiyyət Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilməsi ilə bağlıdır.

 

Məlumatda deyilir ki, əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhəri Tbilisi prospektindən keçən magistral su kəmərlərinin qəzalı hissələri dəyişdirilir. 1960-70-ci illərdə çəkilmiş bu kəmərlər uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşüb. Tbilisi prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən 160 mm və 500 diametrli polad magistral su kəmərləri müvafiq olaraq 160 mm və 400 mm diametrli polietilen su xətləri ilə əvəz olunur. Yeni çəkilən su kəmərlərindən məhəllədaxili şəbəkələrə birləşmələr verilir. Hazırda ərazidə təmir briqadaları və xüsusi texnika intensiv qaydada işləyir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…