42 baxış
Bu yazını paylaşın
Siyasi

Bakıdan Lənkərana idman avtomobillərinin yürüşü təşkil ediləcək

23 May 2023

Azərbaycan Avtomobil Federasiyası (AAF) iyunun 10-da Bakı-Lənkəran marşrutu üzrə idman avtomobillərinin yürüşünü təşkil edəcək.

Telejurnal xəbər verir ki, yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.

Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya info@faa.az elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidir.

AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də bir sıra proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…