22 baxış
Bu yazını paylaşın
Siyasi

Bakıda yaşayan Fransa vətəndaşları aprelin 24-də yenə səs verəcəklər

11 Aprel 2022

“Azərbaycanda yaşayan Fransa vətəndaşları aprelin 10-da Bakıda yaradılmış seçki məntəqəsinə gələrək prezident seçkilərində iştirak ediblər. Fransa vətəndaşları aprelin 24-də seçkilərin ikinci turunda səs verəcəklər”.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter səhifəsində yazıb.

“Növbəti 5 ildə ölkəyə kimin rəhbərlik edəcəyini müəyyən etmək üçün Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək. Bakıda yaşayan fransız seçicilər bu həlledici qərarın qəbul edilməsində iştirak etmək üçün Fransız Liseyinə gedə bilərlər”, – səfirin paylaşımında deyilir.

Xatırladaq ki, seçici bülletenlərinin 97%-nin hesablanmasından sonra Fransanın hazırkı Prezidenti Emmanuel Makron ilk turdan sonra seçicilərin 27,6%-nin səsini qazanıb. İkinci yerdə 23,41% səslə Marin Le Pen qərarlaşıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…