38 baxış
Bu yazını paylaşın
İctimai

Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırılıb

11 İyul 2023

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyətini dayandırıb.

Telejurnal  xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8, bina 33 ünvanında yerləşən “Main” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasında liftin qəzalı vəziyyətdə istismar olunması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə texniki baxış keçirilib. Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Main” MTK qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MTK-nın rəhbərliyinə izah olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…