37 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Bakıda tatarların milli bayramı keçiriləcək

16 İyun 2023

İyunun 18-də Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçiriləcək.

TELEJURNAL  xəbər verir ki, festivalda tematik ərazilərlə tanış olmaq mümkün olacaq: “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona təqdim ediləcək. Ziyarətçilər orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.

“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olacaq, həmçinin tematik ustad dərslərində iştirak edə biləcəklər.

Tədbirin proqramına həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.

Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçiriləcək.

Tədbirə giriş pulsuzdur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…