73 baxış
Bu yazını paylaşın
Uncategorized

Bakıda restoranda ad günü məclisi keçirən model cərimələndi

05 Dekabr 2020
Bakıda restoranda ad günü məclisi keçirən model cərimələndi

Raziyyət Əliyeva

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4 000 manat cərimə ediliblər.

“Bir daha diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur”, – Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Raziyyət Əliyeva modeldir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…