166 baxış
Bu yazını paylaşın
Siyasi

Bakıda “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilir

31 Yanvar 2022

Yanvarın 31-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfrans keçirilir.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin məqsədi bu sahədə qarşılıqlı fəaliyyət, ideya və təcrübə mübadiləsi, eləcə də ən yaxşı təcrübələrin müzakirəsi üçün platforma yaratmaq və Azərbaycanda qadın, sülh və təhlükəsizlik gündəliyi üzrə fəaliyyətlərin daha geniş təşviqi üçün yeni yollar formalaşdırmaqdır.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən açılış hissəsində Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…