301 baxış
Bu yazını paylaşın
İctimai

Bakıda prospektdə tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb

05 Sentyabr 2022

Paytaxtın Tbilisi prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O bildirib ki, prospektdə görülən təmir-bərpa işləri hazırda hərəkət iştirakçılarının yoldan rahat və təhlükəsiz istifadəsinə imkan yaradıb: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq, əsasən gecə saatlarında, eləcə də həftəsonları icra edilərək qısa müddət ərzində yekunlaşıb. Zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilib. Bütün bu müddət ərzində hərəkət iştirakçılarının təhlükəsizliyi üçün DYP tərəfindən qabaqlayıcı tədbirləri görülüb.

Belə ki, təmirlə əlaqədar yolda tətbiq olunan məhdudiyyətlər, eləcə də hərəkətin təşkili ilə bağlı görülən tədbirlər barədə DYP tərəfindən əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib, habelə təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan YPX əməkdaşları sürücü və piyadaların yoldan təhlükəzsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıb, bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib”.

“Bu barədə ictimaiyyət tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanan çoxsaylı müraciətlərdə təmirlə əlaqədar yaranan müvəqqəti narahatlığın anlayışla qarşılandığı bildirilib və YPX əməkdaşlarının onların təhlükəsizliyi və rahatlığı üçün fasiləsiz xidmət aparması xüsusi vurğulanıb”,- DYP rəsmisi vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…