167 baxış
Bu yazını paylaşın
Siyasi

Bakıda Mehmet Akif Ərsoyun anım tədbiri keçirilib

12 Mart 2022

Türkiyənin himni olan İstiqlal Marşının qəbul edilməsinin 101-ci ildönümü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin milli şairi Mehmet Akif Ərsoyun anım tədbiri keçirilib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Tədbir Yunus Əmrə İnstitutunun Bakıdakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilib.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mehmet Akif Әrsoy 1873-cü ildə İstanbulun Fateh səmtində dünyaya gəlib. O, Osmanlı dövlətinin tənəzzülü dövründə vətənin işğalçılar tərəfindən zəbt edilməsindən sonra Anadoluya keçərək xalqı istiqlal savaşı üçün ruhlandırıb və böyük işlər görüb. 1963-cü ildə vəfat edən şair Türkiyənin dövlət himninin – İstiqlal Marşının müəllifidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…