24 baxış
Bu yazını paylaşın
Siyasi

Bakıda keçmiş Baş nazir və XİN başçısı Həsən Həsənovun kitabının təqdimatı olub

06 Aprel 2022

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycanın keçmiş Baş və xarici işlər naziri, dövlət xadimi, diplomat Həsən Həsənovun müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, BMT-nin dəstəyi ilə ərsəyə gəlmiş kitabda 1992-1993-ü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrinin qəbulu prosesindən bəhs olunur. Azərbaycanın BMT yanındakı nümayəndəliyinin ilk rəhbəri olmuş Həsən Həsənov şəxsi təcrübələri əsasında kitabda Ermənistan-Azərbaycan münaqişəsi fonunda missiyanın formalaşmasından, fəaliyyətindən və üzləşdiyi çağırışlardan yazır.

Müəllif bu kitabı hələ nazir olarkən yazmağa başladığını, daha sonra deputat olarkən kitaba daha çox vaxt ayırdığını bildirib.

Rus dilində nəşr olunmuş kitab ADA Universiteti tərəfindən beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan tələbələr üçün əlavə tədris vəsaiti kimi tövsiyə olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…