28 baxış
Bu yazını paylaşın
İdman

Bakıda keçirilən taekvondo dünya çempionatının ilk qalibləri bəlli olub

29 May 2023

Bakıda keçirilən taekvondo dünya çempionatının ilk qalibləri bəlli olub.

 

“Telejurnal”ın məlumatına görə, çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar.

 

Kişilərin yarışında Böyük Britaniya təmsilçisi Bredli Sinden finalda Koreya Respublikasından olan taekvondoçu Ho-Jun Jinə qalib gələrək ikiqat dünya çempionu olub. Bürünc medalları isə özbəkistanlı Uluqbek Raşitov və İran idmançısı Matin Rezaei qazanıblar.

 

Azərbaycan təmsilçisi Cavad Ağayev mübarizəni 1/16 final mərhələsində dayandırıb.

 

Qadınların mübarizəsində isə 17 yaşlı Luana Marton dünya çempionu olub. Macarıstan idmançısı həlledici görüşdə Çia-linq Lonu (Çin Taypeyi) məğlub edib. Türk Hatice Kübra İlgün və braziliyalı Maria Klara Paçeko çempionatı üçüncü pillədə başa vurublar.

 

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

 

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…