27 baxış
Bu yazını paylaşın
İctimai

Bakıda keçirilən qanvermə aksiyasına 160 tibbi personal cəlb edilib

28 İyul 2023

“Bakıda keçirilən qanvermə aksiyasına 160 tibbi personal cəlb edilib”.

TELEJURNAL  xəbər verir ki, bunu “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər qan verə bilərlər: “Bu da həkim müayinəsindən sonra məlum olur. İlk olaraq təzyiq yoxlanılır, bədən hərarəti ölçülür və bundan sonra vətəndaşın qan verib-verə bilməyəcəyi müəyyənləşir. Qanvermədə iştirak edən vətəndaşlardan təxminən 450 millilitr qan götürülür”.

Q.Vəliyeva bildirib ki, ölkədə 1500-dən artıq talassemiya xəstəsi var: “Onlara iki-üç həftədən bir qan köçürülür. Ona görə də qan daimi lazımdır və hər zaman könüllü qan verənlərə ehtiyacımız var”.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…