42 baxış
Bu yazını paylaşın
Maraqlı

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və ingilis dilində şərh olunacaq.

Federasiyadan  verilən məlumata görə, yarışın rəsmi saytı vasitəsilə yayımlanacaq görüşlər Azərbaycan dilində əməkdar məşqçi Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Sukandar və hindistanlı beynəlxalq usta Saqar Şah tərəfindən təqdim ediləcək.

Dünya Kubokunu işıqlandırmaq üçün Azərbaycanla yanaşı, Böyük Britaniya, Rusiya, İran, İspaniya, Niderland, Hindistan, Banqladeş, Botsvana, Zambiyadan olan 100-dən çox jurnalist və texniki əməkdaş qeydiyyatdan keçib.

Qeyd edək ki, iyulun 30-da start götürəcək Dünya Kubokunun təntənəli açılış mərasimi iyulun 29-da Bakı Konqres Mərkəzində keçiriləcək. Həmin gün eyni zamanda rəsmi şəxslər və şahmatçıların iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da start götürəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Pakistan Azərbaycanda süni intellekt üzrə mütəxəssis yetişdirəcək

28 İyul 2023
Bakıda Pakistanın dəstəyi ilə İKT mütəxəssislərinin hazırlanması üçün yaradılacaq…