144 baxış
Bu yazını paylaşın
İqtisadi

Bakıda “Japan Premium House” yaradılacaq

18 Dekabr 2021

Iqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.

‘TELEJURNAL’ Nazirliyin mətbuat xidmətindən ‘AZƏRTAC’-a bildirilən məlumata istinadən xəbər verir ki, iqtisadiyyat naziri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib. Azərbaycan-Yaponiya ticarət əlaqələrinin inkişafının əhəmiyyətini vurğulayan nazir ölkələrimiz arasında tərəfdaşlığın inkişaf perspektivlərini diqqətə çatdırıb, rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, rəqəmsallaşma sahəsində təcrübə mübadiləsi, enerji və digər sahələrin əməkdaşlığın prioritet istiqamətlərindən olduğunu söyləyib.

Görüşdə Tokioda “Azərbaycan Ticarət Evi”nin və Bakıda “Japan Premium House”un yaradılması layihələrinin ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Bildirilib ki, biznes forumların, ticarət missiyalarının təşkili, eləcə də sərgilərdə iştirak işgüzar dairələr arasında birbaşa təmasların qurulmasında, əməkdaşlığın inkişafında əlverişli mexanizmlər ola bilər.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada “2022 Azərbaycan – Yaponiya Dostluq İli” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb, Azərbaycan-Yaponiya əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Tərəflər ölkələrimiz arasında sərmayələrin təşviqi və qorunması haqqında sazişin, gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiyanın imzalanmasının sürətləndirilməsi, energetika, ətraf mühit, “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq və sair məsələlər barədə fikir mübadiləsi aparıblar.

https://azertag.az/xeber/Bakida_Japan_Premium_House_yaradilacaq-1955034

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…