123 baxış
Bu yazını paylaşın
Siyasi

Bakıda İkinci Autizm Festivalı təşkil olunub

28 Aprel 2022

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Fəvvarələr meydanında II Autizm Festivalı təşkil olunub.

 

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, festivalda ölkə üzrə fəaliyyət göstərən 30 autizm mərkəzi bir araya gəlib. Onlar burada autizmli uşaqların reabilitasiyası ilə bağlı işlərini nümayiş etdiriblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Xatırladaq ki, 2 aprel Dünya Autizm Məlumatlandırma günüdür. Bu münasibətlə aprel ayı autizm ayı hesab olunur. Azərbaycan Autizm Assosiasiyası ay çərçivəsində autizmli uşaqlar arasında bocce, stolüstü tennis, velosiped, atletika və futbol yarışları təşkil edib.

Bütün bu tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…