22 baxış
Bu yazını paylaşın
Siyasi

Bakıda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq

24 İyun 2022

Bakı, 24 iyun,TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 26-sı saat 10:00-dan 12:00-dək orkestrlər Heydər Əliyev sarayı, Bülbül prospekti, Nizami kinoteatrı, Neftçilər prospekti, Azadlıq meydanı, AMAY ticarət mərkəzi, Şəhidlər xiyabanı, Alov qüllələri, İçərişəhər metrosu, Qala qapısı, Kukla teatrı, Azneft dairəsi, Bəhram Gur heykəli, Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı), Zabitlər parkı, Milli Sirk, Heydər Əliyev sarayı, Səməd Vurğun küçəsi, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi park, Milli Dram Teatrı, Qış parkı, Heydər Əliyev sarayı, Milli Bank marşrutları üzrə yürüş edəcəklər.

Həmin gün saat 19:00-dan 21:00-dək isə müəyyən edilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları Heydər Əliyev parkı, Heydər Əliyev sarayının qarşısı, AzNeft dairəsindəki bayraq meydanı, Muzey Mərkəzi, Bulvar fontanının qarşısı, Zabitlər parkı, Koroğlu parkı və Fəvvarələr meydanında olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…