27 baxış
Bu yazını paylaşın
Mədəniyyət

Bakıda fiziki məhdudiyyətli insanlar üçün xüsusi moda nümayişi keçirilib

11 May 2023

Bakıda fiziki məhdudiyyətli insanlar üçün xüsusi moda nümayişi – “KEKALOVE Adaptive Fashion Show” keçirilib.

Telejurnal xəbər verir ki, moda nümayişi Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə baş tutub.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman nümayişin açılış mərasimində çıxışı zamanı qeyd edib ki, bu şounun ölkələr arasında dostluq sazişinin (Yelisey müqaviləsi) imzalanmasının ildönümündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Əlilliyi olan şəxslərin sosial həyatda başqaları ilə bərabər şəkildə təmsil olunması üçün inklüziv moda nümayişlərinin keçirilməsi vacibdir”.

Öz növbəsində, Fransanın Azərbaycandakı səfiri Ann Buayon bildirib ki, bu, ilhamverici, çox innovativ layihədir və Fransa üçün çox vacibdir: “Həm Azərbaycanda, həm də Avropada ətrafdakıların fiziki məhdudiyyətli insanlara münasibətinin dəyişdirilməsi çox vacibdir”.

 

Qeyd edək ki, “KEKALOVE Adaptive Fashion” fiziki məhdudiyyətli insanlar üçün Azərbaycan geyim brendidir. Brendin təsisçiləri tələbə Məhəmməd Kekalov və dizayner Rəşidə Əliyevadır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq

02 Avqust 2023
“Azərbaycan kinosu həftəsi”ndə televiziyalarda klassik Azərbaycan filmləri nümayiş olunacaq.…

Kinorejissor Cəmil Fərəcovla vida mərasimi keçirilir

02 Avqust 2023
Təzə Pir məscidində ötən gün vəfat edən Azərbaycan Kinematoqrafçılar…

Nazirlik bütün mədəniyyət müəssisələrində monitorinqlərə başlayıb

01 Avqust 2023
Mədəniyyət Nazirliyi ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə…

Azərbaycanda Özbəkistan mədəniyyət günləri başlayıb

01 Avqust 2023
Avqustun 1-də Azərbaycanda Özbəkistan mədəniyyəti günləri başlayıb. TELEJURNAL-ın  xəbərinə…