28 baxış
Bu yazını paylaşın
İdman

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub

17 May 2023

Telejurnal” ın məlumatına görə, əvvəlcə iştirakçı ölkələrin bayraqlarının paradı keçirilib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. İspaniya Gimnastika Federasiyasının nümayəndəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandasının məşqçisi Vesna Podniç isə məşqçilər adından təntənəli şəkildə and içiblər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.

Avropa Gimnastikasının prezidenti, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində iştirakçıları təbrik edərək uğurlar arzulayıb. Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib. Bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib: “Bu münasibətlə bütün gimnastikasevərləri təbrik edirəm. Yarışın yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçirilməsində dövlətin qayğısı danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşır”.

İştirakçılara uğurlar arzulayan F.Qayıbov çempionatı açıq elan edib.

Daha sonra məşhur müğənni Vaqif Nağıyev Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…