45 baxış
Bu yazını paylaşın
Uncategorized

Bakıda azyaşlı qızların sırğalarını oğurlayan şəxslər saxlanılıb

27 Oktyabr 2020

Bakıda azyaşlı qızlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…