59 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Bakıda avtomobillə vurulan piyada təcili yardım xərəyindən düşərək ölüb

11 İyun 2023

Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın təcili yardım avtomobilində ölüb.

Telejurnal xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.

Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.

Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…